"Seçkilər tam şəffaf keçirildi" - Ərəb parlamentinin prezidenti

"Prezident seçkiləri şəffaf şəkildə keçirildi".

Metbuat.az bildirir ki, bunu Ərəb parlamentinin prezidenti Adel Əbdülrəhman Muhammed Al Asumi mətbuat konfransında deyib. O qeyd edib ki, seçki çərçivəsində bir neçə məntəqədə olublar:

"Hamısında çox müsbət aktivlik müşahidə etdik. Seçicilərin iradəsinə müdaxilə kimi qiymətləndiriləcək heç bir hal baş verməyib. Hər bir seçici iradə azadlığı ilə seçkidə iştirak edirdi. Seçkilər tam şəffaf şəkildə keçdi. Ərəb parlamenti olaraq bunu alqışlayırıq.

Biz Ərəb parlamenti olaraq beynəxalq müşahidəçi qismində bir çox seçkilərdə iştirak etmişik. İstər prezident, istər parlament, istər referendumlar. Ərəb parlamenti beynəlxalq müşahidəçi qismində aktiv iştirak edirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR