Məşhur məşqçi "Barselona"nı çalışdırmaq istəyir - Özü təklif göndərdi

İngiltərənin "Tottenhem" klubunun sabiq baş məşqçisi Antonio Konte "Barselona"ya rəhbərlik etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Bildirilib ki, 54 yaşlı italyan mütəxəssis özü xidmətini Kataloniya klubuna təklif edib. Amma qarşı tərəf hələ ki, ona cavab verməyib.

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR