"Barselona"dan Mourinyo barədə açıqlama

"Barselona"nın baş məşqçisi Xavi Hernandesin mövsümün sonunda komandadan ayrılacağını açıqlayandan sonra bir sıra məşqçilərin adı klubla hallanır.

Metbuat.az xəbər verir ki, Joze Mourinyonun da “Barselona”da işləyə biləcəyi barədə iddialar ortaya atılıb. "Barselona"nın idman direktoru Deko Joze Mourinyo barədə iddialara cavab verib. Deko iddiaları təkzib edib. Deko Mourinyonun kluba uyğun olmadığını qeyd edib.

"Klubun vəziyyətinə uyğunlaşa biləcək və əlimizdə olan gənc futbolçuları inkişaf etdirməyə davam edəcək məşqçi axtarırıq" – Deko deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR