Türk astronavt bu tarixdə yerə qayıdır - VİDEO

Türkiyənin ilk astronavtı Alpər Gəzəravcının Yerə dönüş səyahəti başlayıb.

Metbuat.az xarici KİV-ə istinadən məlumat verir ki, Gezeravcının da olduğu “Axiom-3” komandası “Dragon” kapsulu ilə təxminən 48 saat davam etməsi gözlənilən dönüş səfərinə başlayıb. Bildirilib ki, Türkiyə vaxtı ilə saat 16.30-da kapsulun Yerə enməsi gözlənilir .
Atmosferə girdikdən sonra sürtünmə səbəbindən yavaşlayacaq “Dragon” kapsulu paraşütlər açıldıqdan sonra yerə enəcək. Planlaşdırılan enişin ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən 7 potensial eniş nöqtəsindən birində həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, kosmosa tarixi səfər yanvarın 19-da başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR