"Azəriqaz"dan cihazların yoxlanışı ilə bağlı AÇIQLAMA

“Tüstü bacalarına nəzarət tikinti normalarına nəzarət edən digər qurumlara aiddir. “Azəriqaz" İstehsalat Birliyi tüstü bacalarında sormanın olub-olmadığını, cihazın standarta uyğun olması barədə yoxlanışı həyata keçirir”.

Bunu “Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə qeyd edib ki, "Azəriqaz" İB texniki müayinələr zamanı çalışır ki, vətəndaşları incitmədən qayda-qanuna uyğun olaraq neqativ halların aradan qaldırılsın:

“Azərbaycanda bir aydır texniki müayinələr başlayıb. Bu çox qısa bir zamandır. Standartlara cavab vermək üçün uzun müddət lazımdır. Heç kəs Birlikdən bu qısa zamanda böyük işlər gözləməsin. Hətta 10 il texniki müayinələr davam etsə belə, dəm qazından zəhərlənmə, texniki nasazlıqlar aşkar olunacaq. Bizim borcumuz abonentləri maarifləndirərək, profilaktik tədbirlər görərək, neqativ halların aradan qalxmasına əsaslı köməklik etməkdir”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı