Həzmi asanlaşdırır, yaddaşı gücləndirir - Möcüzəvi bitki

Vitamin və mineral əlavəsi olaraq istehlak edilən hil zəncəfil ailəsinə aid bitkidir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan, Malayziya və Nepal kimi ölkələrdə geniş şəkildə istehlak edilən hil, xoş qoxusu və dadına görə ədviyyat kimi də istifadə edilir. Ölkəmizdə becərilməyən hil ətir istehsalından çay və qəhvə istehsalına qədər bir çox sahədə istifadə olunur. Sağlamlıq üçün də çox faydalı ədviyyatdır.

Hilin faydaları bunlardır:

- Mədə turşusunu tənzimləyərək həzmi asanlaşdırır. Xüsusilə, ürəkbulanma və mədə ağrısı olan insanlar üçün xeyirlidir.

- Menstruasiya zamanı yaranan spazmları və krampları aradan qaldırmaqda kömək edir.

- Qandakı faydalı hüceyrələri tarazlaşdıraraq, yüksək təzyiq riskini azaldır.

- Dişlərinizin çürüməsinin və ağız qoxusunun qarşısını alır.

- Qandakı şəkəri tarazlaşdırır.

- Psixoloji vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Xüsusilə stress, panik atak, depressiya və narahatlıq kimi vəziyyətlərdə gecə yatmazdan əvvəl bir stəkan hil çayı içmək faydalıdır.

- Boğaz iltihabına qarşı təsirlidir.

- Hilin tərkibində çoxlu A vitamini var. Güclü yaddaş üçün hil bitkisindən istifadə edə bilərsiniz.

- Hil çox yüksək sidikqovucu xüsusiyyətlərə malikdir. Müntəzəm olaraq hil istehlakı böyrək, sidik kisəsi və sidik problemləri kimi xəstəlikləri aradan qaldırır.

- Ağciyər və qaraciyər sağlamlığı üçün çox faydalı bitkidir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı