Məşhur aktyorun məzarı baxımsız qalıb? - Qızı danışdı / FOTO

Sosial şəbəkələrdə mərhum aktyor Səməndər Rzayevin məzarı ilə bağlı yayılan görüntülərdə iddia edilir ki, aktyorun məzarı baxımsız vəziyyətdə qalıb.

Metbuat.az bildirir ki, aktyorun qızı Rübabə Səməndər bununla bağlı açıqlama verib:

"Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz. Yasamal qəbiristanlığından reportaj hazırlamışdı. Atamın məzarının montaj olunmuş fotosunu da manşetə çıxarılmışdı. Zəng vurub iradımı bildirdim. Guya fotonu yazıdan götürdülər. İndi bilirəm ki, sən demə məzarla bağlı video düzəldib, TikTok-da paylaşıblar. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mən yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qimıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini".

Rübabə Səməndər aktyorun məzarının əsl görüntüsünü də yayımlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR