Arda oynadı, "Real" şou göstərdi - VİDEO

"Real" İspaniya La Liqasının 24-cü turunda çempionluq uğrunda əsas izləyicisi olan "Jirona" ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, matç "Satyaqo Bernabeu" stadionunda keçirilib. Görüş Madrid təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 6-cı dəqiqədə Vinisius Junior açıb. 35-ci dəqiqədə Cud Bellinqem fərqi bir qədər də artırıb. O, 54-cü dəqiqədə dubl edib. Oyunda sonuncu qolu 61-ci dəqiqədə Rodriqo Qoes vurub. Türkiyəli futbolçu Arda Güler 77-ci dəqiqədə oyuna daxil olub. O yaxşı oyun nümayiş etdirib. Ardaya qarşı edilən kobudluğa görə penalti təyin etsə də, Joselu fürsəti əldən verib.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Real" 61 xalla liderdir, "Jirona" isə 56 xalla 2-cidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR