ABŞ-də bank direktoru ailəsi ilə birlikdə helikopter qəzasında həlak oldu

Nigeriyanın Access Bankının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu ABŞ-də helikopter qəzasında həlak olublar.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, Eurocopter EC 130 helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR