Hazırda həbsdə olan Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin üzvü Əyyub Çələbi həbs olunub.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Metbuat.az-a bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.