Azərbaycan XİN İranı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik.

İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək”, - təbrikdə bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR