​Göyçayda əsgər anasını avtomobil vuraraq öldürdü

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, bu gün axşam saat 18:30 radələrində Göyçay-Bərgüşad yolunda, radarın yanında "VAZ 2107" markalı minik avtomobili yolu keçən piyadanı, Qaraxıdır kənd sakini, 42 yaşlı Göyçək İsgəndərovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, onun oğlu hazırda həqiqi hərbi xidmətdədir.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR