Dünyada şokolad qıtlığı yarana bilər

Şokolad bir çox insan üçün xoşbəxtlik mənbəyi olaraq görülür. Ancaq bu şirin qida hazırda öz istehsalçısına xoşbəxtlik gətirmir.

Metbuat.az xəbər verir ki, dünyada kakaonun qiymətləri davamlı olaraq yüksəlir. Mütəxəssislər qiymət artımının səbəbi kimi uzun müddətdir davam edən hasilatın azalmasını göstərirlər. Bildirilir ki, kakaonun qiymətindəki artım şokolad həvəskarlarının cibinə ziyan vura bilər.

Kakao qıtlığının səbəbi demək olar ki, bütün istehsalın həyata keçirildiyi Qərbi Afrika bölgəsində yayılan bir xəstəlikdir. Müalicəsi olmayan virusla bağlı xəstəlikdən qurtulmağın yeganə yolu virusa yoluxan ağacları kəsib yerinə yenilərini əkmək olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR