Mourinyo Messi ilə bağlı arzusunu açıqladı

“Roma” klubundan istefaya göndərilən Joze Mourinyo diqqətçəkən etiraflar edib.

Metbuat.az xəbər verir ki, Mourinyo Argentina futbolunun əfsanəsi Lionel Messi ilə işləmək arzusunu dilə gətirib. Adı Səudiyyə Ərəbistanı klubları və “Barselona” ilə hallanan Mourinyo Messinin baş məşqçisi olmaq istədiyini etiraf edib. Mourinyo argentinalı ulduzun futbol biliklərinə və fitri istedadına heyran olduğunu bildirib. Mourinyo açıqlamasında "Messinin məşqçisi olmaq istərdim. Ona təlimat verməyə ehtiyac yoxdur. O meydanda nə etmək lazımdırsa hamısını bilir. O dünyaya istedadlı gəlib. Bəlkə o sizə nəsə öyrədə bilər. Onun məşqçisi olmaq şərəf olardı" - deyə bilirib.

Qeyd edək ki, Joze Mourinyonun etirafları futbol azarkeşləri tərəfindən maraqla qarşılanıb və onun gələcək karyera planları ilə bağlı maraq doğurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR