​Haaland yoxsa Mbappe? - “Real”ın ulduzları seçimini etdi

Adı “Real Madrid”lə hallanan Erlinq Haaland və Kiliyan Mbappenin mümkün transferi klubda müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Real” cəbhəsi hansı futbolçunun kluba daha çox fayda verəcəyini müzakirə edir. Bildirilir ki, “Real” mövsümün sonunda bu futbolçulardan birinin transferini qarşısına məqsəd qoyub. Mbappenin “Real”a transferinin həll olunduğu irəli sürülür. “Real Madrid”in qapıçısı Andriy Lunin də Mbappe və Haaland müzakirələri barədə danışıb.

Fanatlar iki futbolçu arasında seçim etməkdə çətinlik çəksələr də, Lunin tərəddüd etmədən seçimini edib. Lunin “Mançester Siti”nin ulduzu Erlinq Haalandın “Real” üçün uğurlu transfer olacağını irəli sürüb. Lunindən fərqli olaraq “Real”ın futbolçularının əksəriyyətinin Mbappenin transferini dəstəklədiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR