“Fəlakət” Türkiyənin məşhur serialına çəkilir - FOTO

Aktyor Elşən Orucov "Ben Bu Cihana Sığmazam" serialında rol alacaq.

Metbuat.az xəbər verir ki, aktyor serialda Qardaşovun (Ozan Akbaba) Rumıniyada gizli mərkəzdə saxlanılan qardaşı Rəşad obrazını canlandıracaq.

Rejissoru Mustafa Şevki Doğan olan serialın ssenari müəllifi Zülküf Yücel və Zehra Yüceldir. Oktay Kaynarca və Ebru Özkan Şabanın baş rollarını paylaşdığı serialın çəkilişləri bütün sürəti ilə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR