Arda üçün böyük fürsət yarandı

"Real Madrid"in "Jirona" ilə matçında zədələnən ingilis futbolçu Bellinqhemin 3 həftə meydanlardan uzaq qalacağı qeyd edilib.

Metbuat.az xəbər verir ki, İspaniya mediası bu vəziyyətin Arda Gülerin üçün daha çox oynaması üçün şans ola biləcəyini yazıb. Bildirilir ki, Karlo Ançelotti Bellinqhemin əvəzinə Brahim Diazı əsas heyətdə meydana buraxa bilər. Bununla belə Ardanın daha çox oynamaq şansı əldə edə biləcəyi qeyd edilir. Məlumata görə, Arda bu şansdan istifadə edib heyətə düşmək uğrunda gücünü sübut edə bilər.

Maraqlıdır ki, Ançelotti Bellinqhemin "Jirona" matçında zədə almasından sonra verdiyi açıqlamada "Bellinqhem yoxdursa, Brahim var, Joselu var" desə də, Arda Gülerin adını çəkməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR