“Real”ın avtobusu Almaniyada qəzaya uğradı

“Real”ın futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Almaniyada qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, hadisə "Real"ın heyəti Çempionlar Liqasının 1/8 final mərhələsində “RB Leipzig”lə oyuna gedərkən baş verib.

Bildirilir ki, tətil səbəbilə təyyarə aralıda yerləşən hava limanına enməli olub. Futbolçular Lepsiqə getmək üçün xeyli məsafə qət etməli olub. Magistral yolda avtomobilin sürücüsü “Real”ın futbolçularını aparan avtobusun görüntüsünü çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR