Rostom Şapiaşvili Prezident İlham Əliyevi təbrik edib

Rusiyada fəaliyyət göstərən "Hereti" Milli Dirçəliş Regionlararası İctimai Təşkilatının rəhbəri Rostom Şapiaşvili Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Azərbaycan Respublikasının vətəndaşları olan gürcülər və müxtəlif ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Qazaxıstanda, Gürcüstanda Avropa ölkələrində yaşayan soydaşlarımız Sizin yenidən Prezident seçilməyinizi böyük sevinclə qarşıladılar.

Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının layiqli oğlusunuz. Sizin adınız Vətənin şanlı tarixinə qızıl hərflərlə yazılıb. Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və müstəqilliyini möhkəmləndirən böyük Lidersiniz.

Sizə cansağlığı və uzun ömür, fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR