Növbəti pandemiya qaçılmazdır? - İnfeksionistdən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı dünyada növbəti pandemiyanın olacağını istisna etmir. Qurum bu barədə əhaliyə xəbərdarlıq da edib.

Azərbaycanda növbəti pandemiya ola bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən infeksionist Vasif Əliyev bildirib ki, dünyada növbəti dəfə pandemiyanın yaranması müzakirə olunmasa da, hər hansısa virus yayıla bilər:

“X adlandırılan pandemiya bundan sonra yayıla biləcək virusların olacağına görə bildirilib. Hər hansısa virusun dəqiq yayılacağı müzakirə mövzusu deyil. Virus ola bilər. Çünki tarix boyu epidemiyalar, pandemiyalar olub. Gələcəkdə də hər hansısa pandemiyanın yaranma ehtimalı var. Sadəcə ÜST insanların buna hazır olmadığını qeyd edib”.

Vasif Əliyev vurğulayıb ki, ÜST-ün atdığı addımlar, əslində gələcəkdə ola biləcək pandemiyaların qarşısını almaq üçündür:

“Peyvəndlərin hazırlanması və müalicələrin tez müəyyənləşməsi üçün bir qrup həkim və alimlərdən ibarət komissiya yaradılıb. Bu gələcəkdə ola biləcək hər hansısa bakteriya və ya virusun epidemiyası yaranarsa, ona qarşı mübarizə üçündür. X deyilən virus yoxdur, amma gələcəkdə hansısa belə virus yayıla bilər”.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı