"Turan Tovuz" "Qəbələ"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqların heyətində isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. 15 xala malik "qırmızı-qaralar" sonuncudur.

Qeyd edək ki, bu gün "Zirə" - "Sumqayıt" və "Araz-Naxçıvan" - "Neftçi" matçları da keçiriləcək. Turun əvvəlki görüşlərində "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR