"Zirə" - "Sumqayıt" oyununda qalib müəyyənləşməyib - Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Metbuat.az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

11-ci dəqiqədə qonaqlarda Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə Qismət Alıyev 11 metrlik cərimə zərbəsini boşa verib.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Qəbələ"ni məğlub edib - 2:1. Tura bu gün saat 19:30-da başlanacaq "Araz-Naxçıvan" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" duelində isə qalib müəyyənləşməyib - 3:3.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR