Baş Prokurorluq Göyçay rayon prokurorunun köməkçisinin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

17:52 19 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 17:49 ]


 

 

Bakı. Fuad Cəfərov -APA. Ucar rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 19-da saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Taryel Şahkərəm oğlunun Bakı istiqamətində idarə etdiyi beton qarışdıran yük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mersedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanıb.

 

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin Göyçay rayon prokurorunun  böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölüb, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət alıb.

 

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR