1 saylı Ruhi Əsəb Dispanserindən Əhmədlə bağlı AÇIQLAMA

“Maştağa Ruhi Əsəb Dispanseri xəstələri barədə məlumat vermir. Biz xəstələrimizin şəxsiyyəti ilə bağlı məxfilik prinsipinə riayət edirik”.

Metbuat.az xəbər verir ki, bu barədə Konkret.az-a açıqlamasında dispanserin adının açıqlanmasını istəməyən əməkdaşı deyib.

Ruhi Əsəb Dispanserinin əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə yaratmağımızı məsləhət görsə də, çoxsaylı cəhdlərimizə baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, dünən paytaxtın Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Maştağa Ruhi Əsəb Dispanserində müalicə aldığı, br neçə gün əvvəl isə anası – 59 saylı tam orta məktəbin direktoru Pikə Əhmədovanın təkidi ilə xəstəxanadan çıxarıldığı iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR