Tanınmış futbolçunun xoşagəlməz əməli üzə çıxdı

Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Quinsi Promesin qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Metbuat.az xəbər verir ki, o narkotik qaçaqmalçılığı işində təqsirli bilinib. Məlumata görə, futbolçu 1370 kq kokainin Avropa ölkələrinə daxil edilməsində iştirak edib.

Qərarda qeyd olunur ki, 2020-ci ilin yanvarında Belçikanın Antverpen limanına gələn narkotikin iki partiyasının qaçaqmalçılıq yolu ilə daşınmasında məhz futbolçu “həlledici rol” oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR