​Tədrisdə teatr əsaslı təlim vasitələrindən istifadə olunacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə start verir.

Metbuat.az xəbər verir ki, layihənin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir.

Belə ki, layihə çərçivəsində ilkin mərhələdə 30 pedaqoqun təlim kursuna cəlb olunması nəzərdə tutulur. Proqram qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də, bu sahədə təlimlər və seminarlardan ibarət olacaq. Bu təşəbbüsün nəzərdə tutulan nəticəsi müəllimləri improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki bacarıqlarla təmin etməkdir.

Layihə müddətində istifadə olunacaq metod olan teatr əsaslı təlim güclü, əyləncəli və cəlbedici bir öyrənmə mühitini əhatə edir. Teatra əsaslanan öyrənmə öyrənənlərin ehtiyacları nəzərə alınmaqla hazırlanır, real ssenarilər yaratmaq üçün peşəkar aktyorlardan istifadə edilir. Sessiya zamanı nümayəndələr səhnələrin təqdim etdiyi münaqişənin həlli üçün müxtəlif strategiyaları araşdıra bilirlər. Müsahibə vermək və ya personajların “isti oturacaqları” tamaşaçılara “xarakter” nöqteyi-nəzərindən məsələ haqqında düşünməyə imkan verir.

Həmçinin qeyd olunub ki, layihənin faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.

“Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsində iştirak etmək istəyən gənc müəllimlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3UBIAwK


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR