Rövşən Əliyevə yüksək vəzifə verildi

Tanınmış jurnalist Rövşən Əliyev yüksək vəzifəyə təyinat alıb.

Bu barədə Metbuat.az-a Rövşən Əliyev özü məlumat verib. Bildirib ki, o, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub və bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, R.Əliyev bir neçə mətbu orqanında çalışıb. Bu vəzifəyə qədər o, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR