Ödənişli yolda lüks avtomobillə "aftoşluq" edən bu şəxs imiş - FOTO / VİDEO

Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda sürət həddini aşan şəxs saxlanılıb.

Metbuat.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumata görə, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində müvafiq sənədləşmə aparılmışdır:

"Bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR