Ronaldonun "Messi" deyə bağıran ərəblərə cavabı gündəm oldu - VİDEO

Səudiyyə Ərəbistanının Pro Liqasında “Əl-Nəssr”in "Əl-Hilal"a 0-2 hesabı ilə məğlub olmasından sonra Kriştiano Ronaldo etirazla qarşılanmışdı.

Metbuat.az xəbər verir ki, azarkeşlərin stadionda “Messi” deyə bağırması müzakirələrə səbəb olmuşdu. Riyad kubokunda “Əl-Nəssr”in finalda məğlub olmasından sonra Ronaldo eyni etirazla qarşılanıb. Sonradan məlum olub ki, Ronaldo final fitindən azarkeşlərin etirazına sərt reaksiya verib. O medalı azarkeşlərə atıb. Lakin həmin an kameraya düşməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanının Pro Liqasında 20 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR