Mbappe yekun qərarını açıqladı - Sözünə əməl etdi

Kilian Mbappe mövsümün sonunda PSJ klubunu tərk edəcək.

Metbuat.az xəbər verir ki, futbolçu artıq qərarını klub prezidenti Nasser əl-Xelaifiyə açıqlayıb. Bildirilir ki, Mbappe klubdan ayrılmaq barədə qərar verəcəyi təqdirdə bunu əvvəlcədən Nasser əl-Xelaifiyə deyəcəyi barədə söz vermişdi. O sözünə əməl edib. “RMC Sport” agentliyinin məlumatına görə, Mbappenin yeni klubunun "Real Madrid" olacağı iddia edilsə də, tərəflər hələlik məvacib məsələsində razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Kiliyan Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Bu müddət ərzində futbolçu 243 qol vuraraq klub tarixinin ən məhsuldar futbolçusu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR