"Barselona" bütün daşları yerindən oynatdı - "Real"a gözlənilməz zərbə

“Barselona” klubu Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Barselona” Mbappenin agenti ilə əlaqə saxlayıb. “Marca” qəzetinin məlumatına görə, “Barselona” transferi həyata keçirmək üçün maliyyə məsələləri ilə bağlı planları artıq hazırlayıb. Bildirilir ki, klub bundan əvvəl bəzi hissələrini şirkətlərə satıb. Bu satışlardan əldə edilən gəlirlərin tam ödəniləcəyi və “Barca Studios”un 50 faiz satışından gəlir əldə ediləcəyi halda Mbappe transferi üçün maliyyə təmin ediləcək. Bundan əlavə “Barselona” rəhbərliyi Mbappeni transfer etmək üçün Ronald Arauju və Frenk de Yonqu sata bilər.

Qeyd edək ki, bundan əvvəl “Barselonan”ın İdman Direktoru Deko Mbappe transferinin məntiqli olmadığını qeyd edərək, “Mbappeni alıb Ronald Araujo və Frenkie de Yonqu satmaq səhv olardı” deyə bildirmişdi.

Mbappenin “Real Madrid”lə maliyyə məsələlərində hələlik razılığa gələ bilmədiyini qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR