Əhmədə görə taksilərdə YOXLAMALAR BAŞLADI

Əhməd Əhmədovun fevralın 13-də ailə üzvlərini qətlə yetirməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib.

“Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər”, - məlumatda qeyd olunub.

Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR