Zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib - FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.

Həmçinin Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin aparılması və qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Toplantıda zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində görülən işlərə dair məruzələrlə çıxış ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR