Mişustin Əsədova zəng etdi

Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədova zəng edib.

Metbuat.az xəbər verir ki, Mixail Mişustin Azərbaycan Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib.

Telefon danışığı əsnasında tərəflər Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR