Azərbaycan ət idxalını xeyli artırıb

Bu ilin yanvar ayında Azərbaycana 4 410 ton ət idxal edib.

Metbuat.az xəbər verir ki, bu həcmdə ətin dəyəri 8 milyon 542 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 718 ton (63,8 %), dəyər baxımından isə 3 milyon 660 min ABŞ dollar (74,9 %) çoxdur.

Ötən ay ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,75 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR