Böyük Britaniyanın neft tankerinə raket zərbələri endirilib

Yəməndə husilərin “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə Böyük Britaniyanın neft tankerinə raket zərbəsi endirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

O qeyd edib ki, Yəmən donanması, Qırmızı dənizdə Britaniya neft tankeri “Pollux”a qarşı əməliyyat keçirib və ona çox sayda gəmi əleyhinə raketlə hücum edib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR