Mbappe müqavilə imzaladı - "İş bitdi"

PSJ-nin hücumçusu Kilian Mbappe Madridin "Real" klubu ilə müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca”nın jurnalisti məlumat yayıb: “O, “Real Madrid”lə müqavilə imzalayıb. İş bitdi”.

Xatırladaq ki, fevralın 16-da jurnalist Fabrizio Romano Mbappenin PSJ-nin prezidenti Nasser Al-Xelaifiyə gələn yay, əmək müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılacağını xəbərdar etdiyi barədə məlumat paylaşıb.Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 290 matçda iştirak edib, 243 qol vurub, 105 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR