"Qarabağ" "Braqa"nı keçsə, bu qədər qazanacaq - MƏBLƏĞ

Avropa Liqasının pley-offunda "Qarabağ" səfərdə "Braqa"nı 4:2 hesabı ilə məğlub etdi.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, bu mərhələdə qələbəyə görə klubun şəxsi balansına xallar gəlmədi. Hesabında 31,000 əmsal olan" köhlən atlar" UEFA-nın klub sıralamasında 60-cı sırada qərarlaşıb.

Ağdam təmsilçisi ölkəmizin xeyrinə 2 və ya 0,5 əmsal əlavə etdi. Bununla hesabında 19,625 əmsal olan Azərbaycan Slovakiyanı geridə qoyaraq 27-ci sıraya yüksəldi.

Maliyyə olaraq bu qələbəyə görə hələlik heç nə əldə edilmədi. Lakin mərhələni keçilsə, 1,2 milyon avro (2 milyon 194 min 800 manat) qazanacaq. Bundan əlavə, TV gəliri də əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR