Xaçmazda ağır qəza - Xəsarət alanlar var

Xaçmaz rayonunun Ləcət kəndi ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Xudat-Yalama yolunda “Volkswagen” və “VAZ 2109” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu və onun qardaşı 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elburusoviç, 1997-cı il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç xəsarət alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR