Ebru Gündeş məşhur şəxslə evlənir - FOTO

Türkiyəli müğənni Ebru Gündeşin dördüncü dəfə - tanınmış iş adamı Murat Özdemirlə ailə həyatı quracağı iddia olunub.

Türkiyə mediasına istinadən məlumata görə, 2022-ci ilin iyulunda əvvəlki həyat yoldaşı Selindən boşanan Murat Özdemirin ötən ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı deyilir.

Özdemir davamlı olaraq müğənninin konsertlərinə gedib və ortaq dostları vasitəsilə sənətçi ilə tanış olub.

Birinci həyat yoldaşından iki, ikinci həyat yoldaşından isə bir övladı olan iş adamının bir qız anası Gündeşlə evlənmək qərarına gəldiyi bildirilir. Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı iddia edilir.

Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var. Ebru Gündeşin isə 2021-ci ildə boşandığı Rıza Zərrabdan 1 qızı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR