"Liverpul"un Premyer Liqadakı rekordu təkrarlandı

"Aston Villa" "Liverpul"un İngiltərə Premyer Liqasındakı rekordunu təkrarlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, komanda buna XXV turda "Fulhem"i məğlub etməklə (2:1) nail olub.

Bu, Birmingem klubunun çempionatda London təmsilçiləri üzərindəki ardıcıl 10-cu qələbəsidir.

Daha əvvəl "Liverpul" 2019-cu ilin martından 2020-ci ilin iyununadək paytax klubları ilə görüşlərdə ardıcıl 10 qalibiyyət əldə edib.

Qeyd edək ki, "Aston Villa" hazırda 49 xalla dördüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR