"Real"a Çempionlar Liqası əngəli - Proses donduruldu

“Real Madrid” razılıq əldə etdiyi Kilian Mbappenin transferini mövsümün sonuna kimi açıqlamayacaq.

Metbuat.az xəbər verir ki, buna səbəb “Real Madrid”in Çempionlar Liqasında PSJ klubu ilə üz-üzə gəlmək ehtimalının olmasıdır. “RMC Sport”un məlumatına görə, “Real Madrid” Mbappenin transferini açıqlamaqla PSJ-ni alçaltmaq istəmir.

Qeyd edək ki, “Marca”nın jurnalisti “Real Madrid”in Kilian Mbappe ilə razılığa gəldiyini bildirib: “O, “Real Madrid”lə müqavilə imzalayıb. İş bitdi”. Bundan əvvəl jurnalist Fabrizio Romano Mbappenin PSJ-nin prezidenti Nasser Al-Xelaifiyə mövsümün sonunda klubdan ayrılacağı barədə məlumat verdiyini paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR