Azərbaycanda kərə yağı istehsalı idxalı üstələdi

2024-cü ilin yanvar ayında Azərbaycana 5.4 milyon dollar dəyərində 1022 ton kərə yağı idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 6% və ya 347 min dollar azalıb, həcm baxımından isə 11% və ya 102 ton artıb. Belə ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 5.7 milyon dollar dəyərində 920 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

    Hesabat dövründə, kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.48% təşkil edib.

    Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar ayında ölkədə 2099 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% azdır.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 2 dəfə çox olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR