Arıqladır, xərçəngə qarşı qoruyur - Əncirin faydaları

Min illərdir yetişdirilən əncir qurusu zəngin vitamin və mineralla zəngindir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, əncir qurusu tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir. Əncir qurusunun faydaları aşağıdakılardır:

- Bədənin xəstəliklərə qarşı müqavimət qazanmasına təsir göstərir.

- Qan təzyiqini balanslaşdırmağa kömək edir.

- Qəbizlik problemlərini aradan qaldırır.

- Arıqlamağa kömək edir.

- Tərkibindəki kalsium sayəsində sümük və diş sağlamlığını qoruyur.

- Menopoz zamanı və osteoporoza qarşı qadınlar üçün də faydalıdır.

- Dərini qidalandırır.

- Tərkibindəki birləşmələr və E vitamini sayəsində qan şəkərini tarazlaşdırmağa kömək edir.

- Astma və bronxit kimi tənəffüs xəstəliklərinin təsirini azaltmaqda faydalıdır.

Bundan əlavə tərkibindəki yüksək miqdarda lif və antioksidan xüsusiyyətləri sayəsində quru əncir xərçəngin əmələ gəlməsinə yol açan sərbəst radikallara qarşı vücudu müdafiə edərək döş xərçənginə qarşı qoruyucu təsir göstərir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı