HHM bölmələrinin peşəkarlığı artırılır - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR