Şirvanda silah-sursat tapıldı

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR