Qəzzada qarşıdurmada humanitar fasilə çox vacibdir - Almaniya XİN

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Qəzzadakı münaqişədə humanitar fasilənin həyati əhəmiyyət daşıdığını bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Baerbok Brüsseldə keçirilən Avropa İttifaqı (AB) Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə açıqlama verib.

Görüşdə Yaxın Şərqdəki vəziyyətin də müzakirə olunacağını bildirən Baerbok Qəzzada insanların daha yaxşı qorunması, onlara ərzaq çatdırılması və əsirlərin azad edilməsi üçün hər şeyin edilməsi lazım olduğunu bildirib.

Baerbock, xüsusilə İordan çayının qərb sahilində gərginliyin artdığını vurğulayıb.

Təxminən 2 ildir davam edən Rusiya-Ukrayna müharibəsinə də toxunan Baerbok, ehtiyac duyduqca Ukraynanın yanında olacaqlarını vurğulayıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR