​Mbappe transferi yekunlaşdı - 5 illik müqaviləyə imza atdı

“Real Madrid” Kilian Mbappe ilə 5 illik müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Bildirilir ki, Mbappe PSJ prezidenti ilə görüşüb və mövsümün sonunda klubdan ayrılacağını bildirib. Mbappe PSJ rəhbərliyindən ona yeni müqavilə təklif etməməyi xahiş edib. Bu danışığın baş tutmasına Mbappenin artıq “Real Madrid”lə müqavilə imzalaması səbəb olub. Razılaşmaya görə, Mbappe “Real Madrid”də ən çox maaş alan futbolçu olacaq, lakin onun maaşı heyətdə ən çox qazanan futbolçuların məvacibindən nisbətən çox olacaq. Mbappenin bonuslar da daxil olmaqla illik 50 milyon avrodan çox maaş ala bilməyəcəyi bildirilib.

Məlumata görə, Mbappe PSJ-də illik 32 milyon avro məvacib alarkən, “Real”da bu rəqəm 26 milyon avro olacaq. Florentino Peres maaş balansını pozmaq istəmədiyini, maliyyə məsələlərində güzəştə getməyəcəyini bildirib. Mbappe “Real Madrid”in bütün şərtlərini qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR