Oğlunun bu hərəkəti Ronaldonu əsəbiləşdirdi - VİDEO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı "Əl-Nəsr" komandasının kapitanı Kristiano Ronaldo oğlunun davranışına görə əsəbiləşib.

Metbuat.az xəbər verir ki, "Əl-Nəsr"in U13 komandasında çıxış edən Junior Ronaldo “Əl-Nəsr” - “Əl-Fateh” matçından əvvəl A komandasının futbolçuları ilə çempionluq mərasimində iştirak ediblər.

Kristiano Ronaldonun oğlu komanda yoldaşlarından fərqli olaraq A komandasının oyunçuları ilə görüşdən kənarda qalıb. Bütün dostları futbolçularla əl sıxışarkən Ronaldo öz oğlunun növbədən kənarda qaldığını görüb və ona qışqıraraq, “Bura gəl” deyə səsləyib. Lakin Ronaldonun oğlu buna məhəl qoymayıb.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR