Xankəndidə xeyli silah-sursat aşkarlandı

Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR